Xəzər Xəbər

Cəlilabadda çay daşdı: Evləri su basdı VİDEO

Veb TV | 18:54 • 17 Fevral 2019
Cəlilabadda çay daşdı: Evləri su basdı

Ötən gün Cəlilabad rayonunda yağan intensiv yağış Qarayara çayının daşmasına səbəb olub. Nəticədə bir neçə təsərrüfat eyni zamanda qəbiristanlıq su altında qalıb.

Ötən gün axşam saatlarında dağ və dağətəyi ərazilərdə yağan leysan xarakterli yağışlar" Qarayar çayı"-nın Cəlilabadda Sabirabad kəndi yaxınlığından keçən hissəsində məcrasından çıxmasına səbəb olub.

Sel suları ətraf ərazidə olan evlərin həyətlərinə və zirzəmisinə dolub. Sel suları həyətyanı təsərrüfatlara da ziyan vurub. Əkin sahələri və kənd qəbiristanlığının bir hissəsi su altında qalıb.

Sakinlərin bildirdiyinə görə, əvvəllər də intensiv yağıntilar zamanısözü gedən çaydaşıb. Sakinlərbu çayın məhz Sabirabad kəndi ərazisində məcrasından çıxmasının səbəbini bir neçə şəxsinçayınaxarının qarşısını maneələrləalınmasında görürlər.

Cəlilabad rayon Sabirabad kəndinzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirirdi ki, daşqından dərhal sonra əraziyə texnikalar cəlb edilib.

Cəlilabad rayon İcra hakimiyyətindən bildirildi ki, sel sularının yaratdığı fəsadların aradan qaldırılmasıməqsədi ilə kamisiya yaradılıb. Hazırdatəsərrüfatlara dəyən ziyan hesablanır.

Xəbər lenti