Xəzər Xəbər

Avtomobil ustası maraqlı qurğu hazırladı: Benzin sistemini cəmi bir qurğu əvəz edir - VİDEO

Veb TV | 18:41 • 17 Fevral 2019
Avtomobil ustası maraqlı qurğu hazırladı:

Bakıda avtomobil ustası fərqli bir qurğu hazırlayıb. Qurğu qarajlarda və parklanma yerlərində bir sözlə evakuatorun giriş imkanı məhdud olan yerlərdən xarab olmuş avtomobili çıxarmaq üçün istifadə edilmək üçün nəzərdə tutulub. Kiçik bir qurğu avtomobilin benzin sistemini əvəz etməklə onu hərəkətə gətirir. Avtomobil ustası Pərviz İsmayılov deyir ki, qurğuya tələbat çox olduğundan o bu cihazın sayını artıracaq. Hətta patentinin alınması üçün də müraciət edib.

Benzin sistemini cəmi bir qurğu əvəz edir.

Bakıda usta benzin sistemi işləməyən maşınları bu qurğu ilə hərəkətə gətirir.Avtomobil ustası Pərviz İsmayılovun sözlərinə görə,xüsusilə də yeraltı qarajlarda avtomobil saxlayan sürücülər bəzən belə problemlə üzləşirlər.Bu qurğu isə bütün benzin sistemini müvəqqəti olaraq əvəz edə bilir..

Qurğunun işləmə mexanizmi də çox sadədir.İstənilən sürücü bu aparatın köməyi ilə avtomobilini hərəkətə gətirə bilər.

12 litrlik yanacaq tutan qurğu ilə bütün benzin sistemi əvəzlənir.Belə bir qurğunu ilk dəfə özünün hazırladığınıdeyən Pərviz İsmayılov cihazın patentini almaq üçün də artıq müraciət edib.

Usta tələbat çox olduğundan o gələcəkdə bu qurğunun sayını artırmağı düşünür.

Xəbər lenti