Xəzər Xəbər

İstanbulda bina çökdü VİDEO

Veb TV | 11:13 • 17 Fevral 2019
İstanbulda bina çökdü

İstanbulun Balat rayonunda dörd mərtəbəli bina çöküb.

Bu barədə "Hurriyet” məlumat yayıb.

Bildirilir ki, insident nəticəsində xəsarət alan olmayıb. Köhnə yaşayış binasının hadisə zamanı boş olduğu qeyd edilir.

Binanın çökməsi nəticəsində yaxınlıqda park edilmiş nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə yerinə xilasedicilər və təcili yardım xidmətinin əməkdaşları cəlb edilib.

Xatırladaq ki, bir müddət əvvəl İstanbulun Kartal rayonunun Orhantepe məhəlləsində binanın çökməsi nəticəsində 14 nəfər ölmüşdü.(oxu.az)

Xəbər lenti