Xəzər Xəbər

ABŞ-da növbəti atışma - Ölənlər var

Dünya | 11:12 • 17 Fevral 2019
ABŞ-da növbəti atışma - Ölənlər var

Polislər binada olan 2 uşağı xilas ediblər.

ABŞ-ın Klinton şəhərində (Missisipi şəhəri) naməlum şəxs yaşayış binasında bir neçə nəfəri girov götürüb.

"Associated Press" agentliyinin verdiyi məlumata görə, silahlı şəxs girovlardan 4-nü qətlə yetirib.

Bildirilir ki, silahlı şəxs polis tərəfindən saxlanılıb, lakin onun kimliyi açıqlanmır. Saxlanılan şəxsin girovları 12 saata yaxın binada saxladığı bildirilir.

Qeyd edilir ki, polislər binada olan 2 uşağı xilas ediblər.(trend.az)

Xəbər lenti