Xəzər Xəbər

Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb

Hadisə | 20:25 • 16 Fevral 2019
Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb

Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb.


Trend-in məlumatına görə, fevralın 15-də MPK-460” gəmisi "28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.


SOCAR-dan Trend-ə verilən məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov "Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.


Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub.


Faktla bağlı Pirallahı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti