Xəzər Xəbər

Münxendə Azərbaycanın xarici işlər naziri ilə Xorvatiya Baş nazirinin müavininin görüşü olub

Gündəm | 20:26 • 16 Fevral 2019
Münxendə Azərbaycanın xarici işlər naziri ilə Xorvatiya Baş nazirinin müavininin görüşü olub

Fevralın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Xorvatiyanın Baş nazirinin müavini, xarici və Avropa işləri üzrə naziri Mariya Buriç ilə görüşü olub.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, görüşdə nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər.


Tərəflər bir sıra sahələrdə əlaqələrin daha irəli aparılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti