Xəzər Xəbər

Düşmənlə üz-üzə dayanan hərbçilərlə bir gün - "Xəzər Xəbər"in təmas xəttindən REPORTAJI - VİDEO

Veb TV | 20:19 • 16 Fevral 2019
Düşmənlə üz-üzə dayanan hərbçilərlə bir gün -

Düşmənlə az məsafədə yerləşən ön xətdə dumanlı hava şəraiti hökm sürür. Lakin burada xidmət edən hərbçilərin dilində yalnız bir şüar var: "Azərbaycan Respublikasına xidmət edirəm!". Bu xidmət üçün isə hava şəraitinin heç bir fərqi yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, ön xətdə xidmət edən hərbçilər üçün bütün lazımi şərait yaradılıb.

Gecə-gündüz ayıq-sayıq xidmət təşkil olunur. Düşmən tərəfindən təxribat və atəşkəsin pozulması halları da tez-tez baş verir. Postlarda müasir silah, müşahidə cihazları və isti, zirehli geyimlə təchiz olunan hərbçilərimiz isə düşmənin istənilən təxribatına və atdığı hər bir mərmiyə ikiqat cavab verirlər.

Düşmənlə üz-üzə dayanan Azərbaycan hərbçisi vüqarla deyir ki, Vətənin müdafiəsi əmin əllərdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti