Xəzər Xəbər

IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi martda keçiriləcək

Cəmiyyət | 12:20 • 16 Fevral 2019
IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi martda keçiriləcək

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi mart 3-ü, 10-u və 17-də, ikinci mərhələsi isə iyunun 2-si, 9-u və 16-da keçiriləcək.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi martın 31-də, ikinci mərhələsi isə iyunun 23-də keçiriləcək. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.


XI siniflər üzrə buraxılış imtahanları aprelin 7-si, 14-ü və 21-də təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti