Xəzər Xəbər

Keti Perri və Orlando Blum nişanlanıb

Şou Biznes | 10:07 • 16 Fevral 2019
Keti Perri və Orlando Blum nişanlanıb

Britaniyalı aktyor Orlando Blum və amerikalı müğənni Keti Perri nişanlanıb. 

Xezerxeber.az-ın məlumatına görə, Sevgililər günündən dərhal sonra cütlük birgə fotonu İnstagram sosial şəbəkəsində paylaşıb.

"Ömür boyu”, - deyə Blum qeyd edib.

Cütlük 2016-cı ildə tanış olub. Bir müddət cütlük ayrılsa da, sonradan yenidən bir araya gəlib.

Xatırladaq ki, həm Perri, həm də Blum daha əvvəl ailə həyatı qurub.

Xəbər lenti