Xəzər Xəbər

Azərbaycanlı qadın “Forbes”ın siyahısına düşdü VİDEO

Veb TV | 19:46 • 15 Fevral 2019
Azərbaycanlı qadın “Forbes”ın siyahısına düşdü

Azərbaycanlı gənc qadın adını dünyaca məşhur "forbes" jurnalının siyahısına yazdırıb. 26 yaşlıZərəngizHüseynova dünyanın müxtəlif yerlərindən minlərlə insanı qabaqlayaraq, avropada 30 yaşdan aşağı ən yaxşı 30 nəfərdən biri seçilib. Onun 4 ildir fəaliyyət göstərən "VoVoman" platforması ən yaxşıların siyahısına düşüb. Bu platforma xanımların xəyallarının gerçəkləşməsi üçün yol göstərən, istiqamət verən platformadir.

Onun adı təsis etdiyi platforma sayəsində dünyanı xilas etmək üçün ən yaxşı biznes layihələrdən biri kimi "Forbes" jurnalının 30 nəfərlik siyahısına düşüb. Azərbaycanlı sahibkar Zərəngiz Hüseynova dünyanın ən nüfuzlu jurnalının seçdiyi 30 yaşdan aşağı "30 ən yaxşı"dan biridir.

Minlərlə insanın arzusu olan bu siyahıya həmyerlimiz Zərəngiz Hüseynova 4 il əvvəl yaratdığı "VoVoman" platforması ilə daxil olub.

"VoVoman" platforması çərçivəsində proqramlaşdırma və sahibkarlıqdan tutmuş, psixoloqlarla görüşlərə kimi, müxtəlif mövzulu təlim və kurslarda8000-dən çox xanım iştirak edib. Bu kursları ölkəmizin uğur qazanmış kişi və qadın təlimçiləri keçiblər.

Faydalı cəmiyyət üçün uğurlu layihələrdən biri olan "VoVoman" platforması 2018-ci ilin oktyabrında "Facebook" tərəfindən dünyanın "100 ən yaxşı cəmiyyəti" siyahısına da daxil edilib. Bu isə MDB ölkələri arasında da bir ilk olub. "One Young Vorld" beynəlxalq konfransında təqdim edilən "VoVoman" dünyanın müxtəlif yerlərindən olan iştirakçıların da böyük marağına səbəb olub.

Zərəngiz Hüseynova və onun komandası aprel ayında yeni layihənin icrasına başlayacaq. Burda məqsəd cəmiyyət üçün faydalı işlərin ərsəyə gətirilməsidir.

Xəbər lenti