Xəzər Xəbər

Molla nikahında, ya rəsmi nikahda olmağımın sizə nə dəxli var? aktrisa əsəbiləşdi

Şou Biznes | 12:41 • 15 Fevral 2019
Molla nikahında, ya rəsmi nikahda olmağımın sizə nə dəxli var?

Ceren Hindistana 1160 lirə pul cəzası verilib.

Türkiyəli məşhur aktrisa Ceren Hindistan müğənni Lerzan Multunu təhqir edib.

Aktrisa 2015-ci ildə sosial şəbəkədə Lerzan Mutlu haqqında "Sürtük" ifadəsini işlədib.

Hadisənin ardından Lerzan Mutlu Ceren Hindistanı məhkəməyə verib. Dünən baş tutan məhkəmədə Ceren Hindistana 1160 lirə pul cəzası verilib. Həmin pul 58 gün ərzində ödənilməlidir.

Ceren Hindistan iş adamı, sevgilisi Ümit Aslanla birlikdə yaşadığını deyib və televiziya verilişlərinin birində tənqid olunduğu üçün İnstagramda paylaşım edib:

"Türkiyənin iki səviyyəsiz sürtüyü çıxıb məni tənqid edir. Kimdir onlar? Həyat bizim, dedi-qodusu sizin, xeyirdir? Molla nikahında, ya rəsmi nikahda olaram. Həyat mənim deyil? Sizə verəcəm hesabını? Qəbul edən mənəm, yaşayan mənəm! Sənə nə? Yeni ana olmuş birinə bunu etdiyiniz üçün Allah sizin bəlanızı versin”.

AzNews.az

Xəbər lenti