Xəzər Xəbər

Bred Pittlə bağlı şayiələr yalan çıxdı

Şou Biznes | 12:00 • 23 Yanvar 2019
Bred Pittlə bağlı şayiələr yalan çıxdı

Onların dekabr ayından bəri görüşdüyü iddia olunurdu.

Hollivud aktyoru Bred Pittlə aktrisa Şarliz Teron arasında eşq macərasının yaşandığı ilə bağlı söz-söhbətlər təkzib olunub.

Bu barədə "People” jurnalı məlumat yayıb.

Dərginin mənbəyi onların görüşməsi ilə bağlı şayiələrin həqiqəti əks etdirmədiyini bildirərək, ulduzların uzun müddət birlikdə görünmədiyini vurğulayıb.

Sonuncu dəfə Pitt aktrisa ilə yarım il əvvəl "Breitling” saatının reklam çarxının çəkilişində görüşüb.

Bundan əvvəl nüfuzlu "The Sun” nəşri 2016-cı ildə Ancelina Colidən ayrılan Bred Pittin "Oskar” laureatı olan Ş.Teronla gizli sevgi münasibətlərində olduğu xəbərini yaymışdı.

Onların dekabr ayından bəri görüşdüyü iddia olunurdu.(oxu.az)

Xəbər lenti