Xəzər Xəbər

Oğurluq edənlər cinayət başında yaxalandılar

Hadisə | 11:53 • 23 Yanvar 2019
Oğurluq edənlər cinayət başında yaxalandılar
Polis əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, yanvarın 21-də Şirvan şəhəri ərazisində neft quyusunun istismardan çıxarılmış borusunu kəsərək oğurlamağa cəhd göstərən 3 nəfər Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.

​Şəhər Polis Şöbəsinə təhvil verilən həmin şəxslərin şəhər sakinləri Qaraxan Əzimov, Fadil Bəxtiyarov və Şəmsəddin Zərbəliyev olduqları müəyyən edilib. ​Araşdrıma aparılır.

Xəbər lenti