Xəzər Xəbər

Maduroya qarşı kütləvi etirazlar Polis idarəsi yandırıldı

Dünya | 11:08 • 23 Yanvar 2019
Maduroya qarşı kütləvi etirazlar
Venesuelada prezident Nikolas Maduroya qarşı davam edən etiraz aksiyalarının iştirakçıları Karabobo ştatının Puerto-Kabelyo şəhərindəki polis məntəqəsini yandırıblar.

XəzərXəbər xəbər verir ki, bu barədə "Nacional” portalı məlumat yayıb. Bildirilib ki, ötən gecə baş verən yanğınla yanaşı polis məntəqəsinin yerləşdiyi rayonda çoxsaylı atışma səsləri eşidilib.


Qeyd edək ki, ötən axşamdan başlayaraq Venesuelanın müxtəlif şəhərlərində prezident Maduroya qarşı növbəti kütləvi aksiyalara start verilib. Bu gün isə həm parlamentin sədri Xuan Quaydonun rəhbərliyi ilə prezidentin əleyhdarları, həm də tərəfdarlarının irimiqyaslı yürüşləri keçiriləcək. Yerli KİV-in məlumatına əsasən, artıq indiki etirazlarda 2 nəfər ölüb, daha ikisi yaralanıb. 30 nümayişçi isə həbs olunub./azvision.az

Xəbər lenti