Xəzər Xəbər

Qida Təhlükəsizliyi Agentliyi çörəklərə qlüten qatılmasına münasibət bildirib - VİDEO

Veb TV | 20:14 • 22 Yanvar 2019
Qida Təhlükəsizliyi Agentliyi çörəklərə qlüten qatılmasına münasibət bildirib -

Bu günlərdə "Xəzər Xəbər"də marketlərdə adi çörəkdən dəfələrlə baha, daha dəqiq desək, 10 manata çörək satılması ilə bağlı süjet hazırlanmışdı. Məlum olmuşdu ki, həmin çörəklər qlütensiz olduğuna görə bahadır.

Xezerxeber.az-ın məlumatına görə, insanlar arasındakı narahatlığı nəzərə alaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qlütenli çörəklərlə qlütensiz çörəklərin fərqinə aydınlıq gətirib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun keyfiyyətə nəzarət departamentinin mütəxəssisi Aytən Pirverdiyeva deyib ki, qlüten tərkibli çörəklər bəzi insanlar üçün faydalı, bəzi insanlar üçün isə əksinə, zərərlidir. Bir çox insanların mədə-bağırsağı onu asanlıqla mənimsəsə də, sözügedən maddəyə qarşı həssaslıq göstərən orqanizmlər də var.

Mütəxəssis onu da deyir ki, dənli bitkilərin çoxunun tərkibində qlüten var. Ondan daha çox çörək hazırlayarkən istifadə olunur. Eyni zamanda, iqtisadi baxımdan da qənaətlidir.

Mütəxəssislər bildirirlər ki, qlütenə qarşı həssaslığı ev şəraitində müəyyənləşdirmək mümkün deyil. Bunun üçün istənilən endrokrinoloqa yaxınlaşıb analiz vermək lazımdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti