Xəzər Xəbər

Azərbaycanla FAO arasında tərəfdaşlıq proqramı imzalanıb - VİDEO

Veb TV | 19:51 • 22 Yanvar 2019
Azərbaycanla FAO arasında tərəfdaşlıq proqramı imzalanıb -

Azərbaycanla BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı olan FAO arasında tərəfdaşlıq proqramı imzalanıb.

Xezerxeber.az-ın məlumatına görə, açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, bu Tərəfdaşlıq Proqramı ölkəmizlə FAO arasında əməkdaşlıq əlaqələrinin yeni bir mərhələyə qədəm qoymasına imkan verib.

Nazir vurğulayıb ki, proqram çərçivəsində Azərbaycan donor ölkə kimi layihələrin maliyyələşdirilməsini həyata keçirən ölkələrdən birinə çevrilib.

İnam Kərimov vurğulayıb ki, FAO - Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 5 layihə həyata keçirilir.

Nazir qeyd edib ki, həm ölkədə aqrar sahədə həyata keçirilən islahatlar, həm də sözügedən tərəfdaşlıq layihələri nəticəsində aqrar sahə ölkənin qeyri-neft sektorunun ən prioritet sahələrindən birinə çevrilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti