Xəzər Xəbər

Dünya İqtisadi Forumu işə başlayıb

Dünya | 18:02 • 22 Yanvar 2019
Dünya İqtisadi Forumu işə başlayıb

Yanvarın 22-də İsveçrənin Davos şəhərində 49-cu Davos Dünya İqtisadi Forumu işə başlayıb.


Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Karl Şvab forumun açılışındakı çıxışında ölkələri beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb: "Bu forumda dünyadakı vəziyyəti nəzərdən keçirəcək və vəziyyəti yaxşılaşdırmaq üçün əməkdaşlıq qurulacaq. Biz bəşəriyyət tarixində kəsişmə nöqtəsinə gəlib çatmışıq, indi gələcəyimizi daha yaxşı qurmalıyıq”.


K.Şvab dünyanın axarını dəyişməli olan addımların gələcəkyönümlü və məqsədli şəkildə aparılmalı olduğunu vurğulayıb: "Builki toplantının mərkəzində "Qloballaşma 4.0” və qloballaşmanın yeni mərhələsinin özü ilə gətirdiyi çağırışlar dayanacaq”.


O, bütün fəaliyyətlərin mərkəzində insan faktorunun dayanmalı olduğunu bildirib.


Forumda rəqəmsallaşma, süni intellekt, Avropa və Afrika əməkdaşlığı, qlobal ticarət münaqişələrinin nizamlanma yolları müzakirə ediləcək. Forum işinə yanvarın 25-də yekun vuracaq. (AZƏRTAC)

Xəbər lenti