Xəzər Xəbər

Estoniya parlamentində Rusiya ilə sərhədin razılaşdırılması üzrə müqavilə ratifikasiya ediləcək

Dünya | 18:17 • 22 Yanvar 2019
Estoniya parlamentində Rusiya ilə sərhədin razılaşdırılması üzrə müqavilə ratifikasiya ediləcək

Estoniya parlamentində Rusiya ilə sərhədin təsdiqlənməsinə dair müqavilənin ratifikasiyasını saxlamaq cəhdi baş tutmayıb.


Estoniya parlamentində təmsil olunan EKRE partiyası Rusiya və Estoniya arasında sərhədin təsdiqlənməsinə dair razılaşmanın ratifikasiyasının qarşısını almaq üçün qanunverici təşəbbüslə çıxış edib. Lakin Estoniya parlamentinin yalnız 14 üzvü bu layihəni dəstəkləyib. Parlamentin 51 üzvü isə onun əleyhinə səs verib.


EKRE partiyası hesab edir ki, sərhədlərin indiki halında təsdiqi Estoniyanın tarixən iddia etdiyi, hazırda Rusiya Federasiyası ərazisi olan bəzi ərazilərin həmişəlik itirilməsi demək olacaq. (AZƏRTAC)

Xəbər lenti