Xəzər Xəbər

Ermənistanda “donuz” qripindən ölənlərin sayı 3-ə çatıb

Dünya | 18:07 • 22 Yanvar 2019
Ermənistanda “donuz” qripindən ölənlərin sayı 3-ə çatıb

Ermənistanda bir ailənin bütün üzvləri - ata, ana və 3 övladı "donuz qrpinə” yoluxub.


"Report” xəbər verir ki, bu məlumatı "Tert” yayıb.


Bildirilib ki, ailə üzvləri "Nairi” Tibbi Mərkəzinə yerləşdiriliblər.


Mərkəzin direktoru Anatoli Qnuni isə bildirib ki, hazırda "Nairi”də "H1N1” virusuna yoluxan bir nəfər var.


"Tert”ə hadisə ilə bağlı başqa "Arabkir” adlı Tibbi Mərkəzindən də məlumat verməyiblər.


Məlumata əsasən, son günlər Ermənistanda A/H1N1 virusu geniş yayılıb. Ölkədə bu xəstəlikdən 3 nəfər ölüb. Bununla belə Ermənistanın Səhiyyə Nazirliyi əminliklə xəstəliyin miqyasının azaldığını bildirib.

Xəbər lenti