Xəzər Xəbər

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 126 hərbçi həlak olub

Dünya | 19:33 • 21 Yanvar 2019
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 126 hərbçi həlak olub

Yanvarın 21-də "Taliban” hərəkatının Əfqanıstanın Vardak əyalətində yerləşən hərbi kompleksə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 126 əməkdaşı həlak olub.


Xezerxeber.az xəbər verir ki, hərbi hissənin qarşısında minalanmış avtomobilin partladılması nəticəsində 100-dən çox hərbçinin öldüyünü yerli hakimiyyət orqanları da təsdiqləyib. Lakin ölkə hökumətinin nümayəndələri hadisəyə şərh verməkdən imtina ediblər.


Bir qədər əvvəl "Tolo News” telekanalı Əfqanıstan Silahlı Qüvvələrinin Vardak əyalətinin administrativ mərkəzi Maydanşəhr şəhərindəki hərbi bazası qarşısında minalanmış avtomobilin partladıldığı və bir neçə silahlının hərbi obyektə atəş açdığı barədə məlumat yaymışdı.

Xəbər lenti