Xəzər Xəbər

Radikallar üçün heç bir müqəddəs dəyər qalmayıb - VİDEO

Veb TV | 20:13 • 21 Yanvar 2019
Radikallar üçün heç bir müqəddəs dəyər qalmayıb -

20 Yanvar günü Şəhidlər Xiyabanında siyasi şou düzəldən radikal müxalifət bir daha sübut etdi ki, onlar öz ambisiyaları naminə hətta ən müqəddəs dəyərləri belə qurban verməyə hazırdırlar. Ümumxalq hüzn günündə siyasi şüarlar səsləndirmək, bilərkdən polisi təxribata sürükləməyin başqa adı yoxdur.

Uzun müddət ən güclü hazırlaşdıqları mintinqə belə 3 min insan toplaya bilməyən radikalların insan izdihamı görəndə coşması başadüşüləndi. Yəqin elə buna görədir ki, 20 Yanvar hadisəsinin ildönümünü hay-küy salıb gündəm yaratmaq üçün fürsət bilirlər.

Əli Kərimlinin başçılığında bu siyasi şou az qala ənənə halını alıb. Bütün vətəndaşların riayət etdiyi qaydaları pozub süni çaxnaşma yaradan radikallar, görünür, bunun üçün xüsusi hazırlıq görürlər.

Radikallar polisin onların özbaşınalığına göz yummayacağını bildikləri üçün əllərindən gələni edirlər ki, saxlanılsınlar. Sonra avtobusda da bir selfi çəkdilərmi, deməli, iş tamamdır. Bu fotoşəkil də onların həqiqi simasını ortaya qoyur. Ümumxalq hüzn günündə şəhdilərin xatirəsini yad etməyə gələn insanın simasında belə həyasız qımışmalar olarmı?

Radikal müxalifətin gündəmdə qalmaq üçün digər bir vasitəsi isə Mehman Hüseynovdur. Onlar hətta Mehmanın özünün belə dəfələrlə bu məsələdən istifadə edilməməsi barədə çağırışlarına məhəl qoymurlar. Aydın məsələdir ki, məqsədləri heç də Mehmanın azadlığa buraxılması deyil.

Bu cür cılız addımlarla siyasi səhnədə qalmağa çalışan radikallar nəhayət dərk etməlidir ki, ictimai rəy, sosial şəbəkələrdəki saxta hesablarda yazılananlar deyil. İctimai rəy, xalqın fikridir. Xalqın onlara münasibətinin son nümunəsi isə keçirdikləri son mitinqəbənzər toplantı idi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti