Xəzər Xəbər

Fırıldaqçılar estoniyalı nazirin adından saxta “facebook” hesabı açaraq insanları aldadıblar

Dünya | 19:04 • 21 Yanvar 2019
Fırıldaqçılar estoniyalı nazirin adından saxta “facebook” hesabı açaraq insanları aldadıblar

Estoniyanın sosial müdafiə naziri Kaya İva fırıldaqçıların qurbanı olub.


AZƏRTAC xəbər verir ki, naməlum şəxslər nazirin adından saxta "facebook” hesabı açaraq onun vasitəsilə vətəndaşlara cəlbedici pul kreditləri təklif ediblər. Bu barədə bəyanatla nazirin özü çıxış edib. Nazir fəaliyyət sahəsini dəyişmədiyini və bu "facebook” hesabı ilə heç bir əlaqəsi olmadığını bildirib. O bildirib ki, məsələnin araşdırılması ilə müvafiq qurumlar məşğuldur.

Xəbər lenti