Xəzər Xəbər

Bu ilin son sınaq imtahanı keçiriləcək - VİDEO

Veb TV | 20:12 • 21 Yanvar 2019
Bu ilin son sınaq imtahanı keçiriləcək -

Dövlət İmtahan Mərkəzi abituriyentlər üçün bu ilin son sınaq imtahanını keçirəcək.

Xezerxeber.az-ın məlumatına görə, 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə keçiriləcək sınaq imtahanı bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsini əhatə edəcək. Abituriyentlərə hər qrupda 3 imtahan fənni üzrə 30 test tapşırığı təqdim olunacaq. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formada olacaq.

Sınaq imtahanına qeydiyyat 4 fevral saat 09:00-dək aparılacaq. İmtahanda iştirak edə bilməyənlər və ya yenidən öz biliyini sınamaq istəyənlər isə ancaq onlayn qaydada imtahan verə biləcəklər.

Dövlət İmtahan Mərkəzindən o da bildirilib ki, yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti