Xəzər Xəbər

Daşkənd alimləri 1 milyon dollarlıq xəzinə tapıblar

Dünya | 12:27 • 21 Yanvar 2019
Daşkənd alimləri 1 milyon dollarlıq xəzinə tapıblar

"Kun.uz" portalının verdiyi məlumata görə, Özbəkistan Milli Universitetinin alimləri apardıqları qazıntılar nəticəsində 1 milyon dollar dəyərində xəzinə aşkar ediblər.

Məlumatda bildirilir ki, xəzinə qablar, qızıl və gümüş sikkələr, nadir incəsənət əsərləri, ikonalar və qədim şəkillərdən ibarətdir.

Qeyd edək ki, Özbəkistan dövləti tapılan əşyaları Almaniya və Polşanın xüsusi laboratoriyalarında bərpa etməyi planlaşdırır./faktxəbər

Xəbər lenti

Çox oxunanlar