Xəzər Xəbər

Halldorssonun danışıqlar apardığı klub bəlli oldu

İdman | 12:03 • 21 Yanvar 2019
Halldorssonun danışıqlar apardığı klub bəlli oldu

"Qarabağ"dan ayrılmaq fikrində olduğunu bir müddət öncə açıqlayan islandiyalı qapıçı Hannes Halldorson ölkəsinə geri dönə bilər.

"frettabladid.is" saytı xəbər verir ki, 34 yaşlı əlcək sahibi İslandiya çempionu "Valyur"la danışıqlar aparıb. Məlumata görə tərəflər anlaşıb.

Halldorssonun agenti Olafur Qarrdarssonqolkiperin "Valyur"la danışıqlar aparıdğını təsdiq etsə də, rəsmi anlaşmanın olmadığını vurğulayıb: "Hannes "Valyur"la danışıqlar aparır. Önümüzdəki günlərdə və ya aylarda o, klubunu dəyişə bilər. İsveç, Norveç və digər ölkələrdən təkliflər var, ancaq onun "Qarabağ"la 18 ay müqaviləsi qalıb. Onu transfer etmək üçün çox iş görmək lazımdır. "Reykyavik"lə "Valyur" Halldorssonu transfer etmək istəyən klublardır. Ancaq yenə deyirəm, rəsmi məsələ yoxdur".

Qeyd edək ki, Ağdam klubu Halldorssonu ötən yay Danimarkanın "Randers" klubundan transfer edib./sportal

Xəbər lenti