Xəzər Xəbər

Çinin əhalisi 1 milyard 395 milyona çatdı

Dünya | 10:47 • 21 Yanvar 2019
Çinin əhalisi 1 milyard 395 milyona çatdı

Şəhər əhalisi də 17.9 milyon nəfər çoxalıb.

Ötən il Çinin əhalisi 5.5 milyon artaraq 1 milyard 395 milyona çatıb. 2017-ci ildə isə əhalinin artımı 7.37 milyon olub.

Bu haqda informasiyanı "RİA novosti" agentliyi yayıb.

Mənbə bildirir ki, Çin Xalq Respublikasında şəhər əhalisi 17.9 milyon çoxalaraq 831.37 milyon nəfər təşkil edib.

Yerli mətbuat bir müddət öncə yazmışdı ki, Çində uşaqların sayına görə tətbiq edilən qadağa aradan qaldırılacaq.

AzNews.az

Xəbər lenti