Xəzər Xəbər

Vətən, torpaq uğrunda canından keçənlər, ölmürlər - Belə övladlardan biri də Habil Əzizovdur - VİDEO

Veb TV | 16:57 • 20 Yanvar 2019
Vətən, torpaq uğrunda canından keçənlər, ölmürlər -

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyüyolunda qəhrəmanlıq tarixi kimi xatırlanan 1990-cı ilin 20 yanvar faciəsi heç vaxt unudulmur. Vətən, torpaq uğrunda canından keçənlər, ölmürlər.Belə övladlardan biri də Ağstafanın20 yanvar şəhidi olan Habil Əzizovdur. Onun şəhid olduğu gün, həm də doğulduğu gündür.

O, paytaxta tələbə kimi getmişdi, şəhid kimi qayıtdı.

Söhbət Ağstafa şəhər Vurğun qəsəbəsi sakini Habil Əzizovdan gedir.1968-ci ildə Yanvarın 19-dan 20-nə keçən gecə anadan olan Habil, Xalq təsərrüffat insitutunun 3-cü kurs tələbəsi olub. 20 yanvar faciəsi vaxtı Bakıya qış imtahanlarını vermək üçün gedib.

Yaxınları bir müddət onu axtarmağa başlayıb. Öldürülən insanların bir çoxu tanınmaz hala salınıb. Elə Habili də geyimindən tanıyabiliblər.Vətən uğrunda şəhid olan Habili evdəkilər qardaşının nişanına gözləyirdi.

Habil doğulduğu qəsəbədə dəfn olunub. Xatirəsinin əbədiləşdirilməsi üçün təhsil aldığı orta məktəbə onunadı verilib.

Xəbər lenti