Xəzər Xəbər

"Mançester Yunayted" ardıcıl altıncı qələbəsini qazandı VİDEO

Veb TV | 12:25 • 20 Yanvar 2019
"Mançester Yunayted" ardıcıl altıncı qələbəsini qazandı

İngiltərə Premyer Liqasında 23-cü turun görüşləri keçirilir.

"Mançester Yunayted" evdə "Brayton"a 2:1hesabı ilə qalib gəlib. Bu, Ola Qunner Sulşerin gəlişindən sonra "Mançester Yunayted"in Premyer Liqada ardıcıl altıncı qələbəsi olub.

Premyer Liqanın turnir cədvəlinə 60 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 53 xalla 2-ci, "Tottenhem" 48 xalla 3-cü, "Çelsi" 47 xalla 4-cüdür. "Arsenal"la "Mançester Yunayted" isə 44 xalla 5-6-cı yerləri bölüşürlər. 26 xalı olan "Brayton" 13-cü yerdə qərarlaşıb.

"Mançester Yunayted" 2:1 "Brayton"
Qollar:
Pol Poqba, 27, Markus Reşford, 42 - Paskal Qross, 72


Xəbər lenti