Xəzər Xəbər

ABŞ-da on minlərlə qadın küçələrə axışdı Trampın hoteli...

Dünya | 12:10 • 20 Yanvar 2019
ABŞ-da on minlərlə qadın küçələrə axışdı

ABŞ-ın Vaşinqton və Nyu York şəhərlərində on minlərlə qadın küçələrə axışıb.

"Qadınlar Yürüşü”nə qatılanlar prezident Donlad Trampın siyasətini protest edib.

"Tramp İnterneyşnl Hotel”in qarşısında etiraz aksiyası keçirən nümayişçilər Trampın başda miqrasiya, Meksika sərhədinə divar çəkilməsi və cinsi ayrıseçkilik kimi siyasəti olmaqla, bir çox qərarlarına etiraz ediblər. Aksiyalara müsəlmanların Qeyri Hökumət Təşkilatları da dəstək verib. Nümayişçilər, həmçinin, prezidentdən federal hökuməti açmasını da tələb ediblər.

Aksiyalar zamanı qarşıdurma və olay yaşanmayıb./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti