Xəzər Xəbər

Azərbaycan səmasında qeyri-adi görüntü: Ay ətrafında nəhəng halqa yarandı - VİDEO

Veb TV | 19:41 • 19 Yanvar 2019
Azərbaycan səmasında qeyri-adi görüntü:

Ötən gecə bir neçə saatlıq ayın ətrafında müəyyən halqa müşahidə edilib. Şirvan, Şəki və bir sıra digər bölgələrdə bu aydın müşahidə edilib. Mütəxəssislər bildiriblər ki, bu adi təbiət hadisəsidir və temperatur enəndə bunu müşahidə etmək normaldır.

Ölkə səmasında Ay ətrafında nəhəng halqa müşahidə olunub.

Bu təbiət hadisəsi ötən gecə saat 22:00-dan sonra yaranıb və bir müddət davam edib.

Mütəxəssislərin bildirdiyinə görə, Şirvan, Şəki və digər bölgələrdə müşahidə olunn bu mənzərə adi təbiət hadisəsidir. bu dairə adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı dairə tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, troposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.

Şamaxı Astrofizika rəsədxanasının şöbə müdiri Ədalət Ətayi deyir ki, bu nadir təbiət hadisəsi hesab edilmir və havanın temperaturundan asılı olaraq görünə bilər

Mütəxəssis bildirib ki, bu təbiət hadisəsi insanla o cümlədən də meteohəssasşəxslər üçün heç bir təhlükə törətmir.

Xəbər lenti