Xəzər Xəbər

"ASAN Xidmət"ə yeni səlahiyyətlər verildi VİDEO

Veb TV | 19:49 • 18 Yanvar 2019
"ASAN Xidmət"ə yeni səlahiyyətlər verildi

Bundan sora bir sıra nazirliklər və dövlət qurumlarının təqdim etdiyi xidmətlər yalnız Asan xidmət mərkəzlərində həyata keçiriləcək. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən ədliyyə, daxili işlər, vergilər, əmək və əhalinin sosial müdafiəsi, iqtisadiyyat nazirlikləri, əmlak məsələləri dövlət komitəsi, dövlət gömrük komitəsi, dövlət miqrasiya xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, qida təhlükəsizliyi agentliyi və milli arxiv idarəsinin bəzi xidmətləri yalnız asan xidmət mərkəzlərində icra ediləcək.

Daha çox müraciət edilən bir sıra xidmətlərin alternativsiz olaraq yalnız Bakı şəhərindəki Asan xidmətə həvalə olunması bu sahədə paralelliyi aradan qaldıracaq və optimallaşmanı təmin edəcək.

Xüsusi xidmət növü olan notariat fəaliyyəti isə asan xidmətlə yanaşı ənənəvi qaydada da fəaliyyət göstərəcək. Asan xidmətin şöbə müdiri Elnur Niftəliyev qeyd edib ki, asan xidmətin fəaliyyət göstərdiyi rayonlarda da bu proses alternativsiz məhz həmin mərkəzlərdə reallaşacaq.

Xatırladaq ki, hazırda 5-i Bakıda olmaqla ölkə üzrə 15 asan xidmət mərkəzi fəaliyyət göstərir. Bu il ərzində bölgələrdə daha 5 asan xidmət mərkəzi vətəndaşların istifadəsinə veriləcək

Xəbər lenti