Xəzər Xəbər

Bakıda bahalı traktor oğurlandı VİDEO

Veb TV | 19:20 • 18 Yanvar 2019
Bakıda bahalı traktor oğurlandı

Ağır texnikanın qapısını açaraq, mühərrikini işə salıb, oğurlayıblar.

İşlək vəziyyətdə olarkən güclü səsi olmasına baxmayaraq cinayətkar traktoru sahibinin evi qarşısından sürərək uzaqlaşıb.Hadisə paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib. Əlsürət Rzayev deyir ki, həmin traktoru Xanım Əsgərovadan etibarnamə ilə icarəyə götürüb işləyirmiş. O, hər gün işlədikdən sonra traktoru sahibinə məxsus evin qarşısında saxlayıb evinə gedirmiş. Hadisədən bir gün əvvəl də Əlsürət Rzayev gecə saatlarında işdən gəlib traktoru həmin ərazidə saxlayıb.

Əlsürət Rzayev deyir ki, həmin şəxs traktorun qapısını açaraq içinə daxil olub. Ehtimal edilir ki, həmin şəxs profsional traktor sürücüsüdür. Çünki traktoru işə saldıqdan sonra sərbəst şəkildə onu sürüb Məhəmmədliyə, ordan da Balxanı qəsəbəsinə keçərək təhlükəsiz şəhər kameraları olmayan yerdə izi itirib.

Zərərçəkmiş Əlsürət Rzayevin sözlərinə görə, kamera görüntülərinə görə traktoru oğurlayan şəxs arıq, orta boylu bir nəfərdir. Xəzər rayon 1-ci Polis Şöbəindən bildirdilər ki, faktla bağlı cinayət işi başlanıb. Həmin şəxsin saxlanılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Xəbər lenti