Xəzər Xəbər

Fermerlərə müjdə: kənd təsərrüfatı texnikasını istənilən şirkətdən ala biləcəksiniz - VİDEO

Veb TV | 19:16 • 18 Yanvar 2019
Fermerlərə müjdə:

Fermerlər kənd təsərrüfatı texnikalarını güzəştli şərtlərləəldə etməyə başlayıblar. Bununla da, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı üzrə yeni qaydaların tətbiqinə start verib. Yeni şərtlərlə texnika alan ilk fermerə dövlət tərəfindən 68 min 800 manat güzəşt edilib.

Nazirliyin şöbə müdiri Vüqar Hüseynov deyir ki, yeni qaydalar birbaşa fermerlərin lehinə hesablanıb. Məsələn əvvəlki qaydalarda fermerlər texnikanı kreditlə yox lizinq şəkilində 10 il müddətinə yalnız ''Aqrolizinq'' Açıq Səhmdar Cəmiyyətindən ala bilirdilər. Ancaq indi fermerlər texnikanı güzəştli şərtlərlə ''Aqrolizinq''lə yanaşı, istənilən təchizatçı şirkətdən də ala bilərlər. Təchizatçı şirkətlərdən alınan texnikalara da güzəştlər tətbiq edilir.

Yeni qaydaların üstünlükləri təkcə bunlarla bitmir. Vüqar Hüseynov deyir ki, əvvəlki qaydalarda texnika pulu ödənib qurtarana qədər ''Aqrolizinq''in balansında olurdu. Ancaq indi kredit rəsmiləşdirildiyi gündən texnika sahibinin mülküyyətinə verilir.Yeni qaydaların tətbiqi ilə kənd təsərrüfatı texnikası bazarındarəqabət güclənəcək və qiymətlərdə azalma müşahidə olunacaq.

Xəbər lenti