Xəzər Xəbər

Əvvəl Ronaldo, sonra Zidan Əfsanələr yenə qovuşacaq

İdman | 18:04 • 18 Yanvar 2019
Əvvəl Ronaldo, sonra Zidan

"Real Madrid”dən ayrılaraq bir müddət dünya gündəminə düşən baş məşqçi Zinəddin Zidan özünə yeni komanda tapıb.

46 yaşlı mütəxəssis "Yuventus”a rəhbərlik edəcək.

İspaniyanın "Don Balon” nəşrinin xəbərinə görə, Zidan artıq klubla razılaşıb.

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted” klubu Zidanın xidmətində maraqlı idi. Joze Mourinyonun qovulmasından sonra klub bu transfer barəsində ciddi addımlar atmağa başlamışdı.

Xatırladaq ki, bundan öncə "Real"ın ulduzu Kriştiano Ronaldo gözlənilməz şəkildə "Yuventus"a transfer olmuşdu.

Xəbər lenti