Xəzər Xəbər

Bill Gates yemək üçün küçədə növbəyə dayandı FOTO

Maraqlı | 17:15 • 18 Yanvar 2019
Bill Gates yemək üçün küçədə növbəyə dayandı

Onun 90 milyard dollar sərvəti var.

Microsoft şirkətinin qurucusu, Forbes-un siyahısına görə hazırda dünyanın ən varlı ikinci adamı olan Bill Gates Dick’s Drive-In fast-food restoranının qarşısında növbədə dayanarkən görüntülənib.

Bu barədə Microsoft-un keçmiş əməkdaşı Mike Galos Facebook profilində foto paylaşıb.

Foto 18 mindən artıq bəyənmə toplayıb, 15 min dəfə paylaşılıb. Fotoya "əsl varlı özünü elə bu cür aparmalıdır, Ağ evdəki şəxsdən fərqli olaraq" şərhi yazılıb.

Bill Gates mütəmadi olaraq ictimai yerlərdə görüntülənir. Onun sayəsində bir neçə fast-food şəbəkəsi də məşhurlaşıb.

AzNews.az

Xəbər lenti