Xəzər Xəbər

Makron paraşütdən tullanacaq VİDEO

Veb TV | 16:21 • 18 Yanvar 2019
Makron paraşütdən tullanacaq

"Mən bunu edəcəyəm, söz verirəm"

Fransa prezidenti Emmanuel Makron Tuluzadakı hərbi bazaya gedib.

Fransa mətbuatı xəbər verir ki, Makron görüşdüyü hərbçilərə paraşütdən tullanacağı ilə bağlı söz verib.

Fransız liderinin şərəfinə desantçıların nümunə tullanışları da həyata keçirilib.

Briqadanın komandiri zarafatla ona tabe olan hərbçilərin qarşısında prezident və baş nazirin paraşütdən tullanışını izləməyi arzuladığını bildirib.

"Mən bunu edəcəyəm, söz verirəm", — prezident belə cavab verib.

AzNews.az

Xəbər lenti