Xəzər Xəbər

Sürücü işləmək istəyənlərə xəbər var

Cəmiyyət | 15:35 • 18 Yanvar 2019
Sürücü işləmək istəyənlərə xəbər var

BNA sürücülər üçün işə qəbul müsabiqəsini elan edir.

Bakı şəhərinin ictimai nəqliyyatının təkmilləşdirilməsi ilə əlaqədar görülən zəruri tədbirlər çərçivəsində şəhərimizə gətiriləcək yeni 18 metrlik avtobuslarla sərnişinlərə xidmətin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) "DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir.

Agentlikdən verilən məlumata görə, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün "Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair ödənişli nəzəri və praktiki təlimlər həyata keçiriləcək.

Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər işlə təmin olunacaq.

Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:

1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən);

2. Tibbi arayış;

3. "D” və "DE” kateqoriyalı sürücülük vəsiqəsi;

4. Şəxsiyyət vəsiqəsi.

Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-ci kilometr 1 ünvanında yerləşən "Sürücü Təlim Mərkəzi” MMC-yə müraciət etməlidirlər. Əlaqə nömrəsi: (+994) 50 254 11 38

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti