Xəzər Xəbər

Nazirlik “ifrat təhlükə”yə aydınlıq gətirdi

Gündəm | 15:07 • 18 Yanvar 2019
Nazirlik “ifrat təhlükə”yə aydınlıq gətirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "ifrat təhlükəli” sözünə münasibət bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, təhlükəli hidrometeoroloji hadisələr müəyyən kateqoriyaya bölünür:

"Təlimatlara uyğun olaraq, əgər küləyin maksimal sürəti saniyədə 40 metrə yaxınlaşır və dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər inkişaf edirsə, bu, qəbul olunmuş meyarlara görə, ifrat təhlükəli hidrometeoroloji hadisə kateqoriyasına aid olan prosesdir. Bizim vəzifə borcumuzdur ki, belə bir başlıqla məlumatı təşkilatlara çatdıraq”.

Umayra Tağıyeva qeyd edib ki, təhlükəli hidrometeoroloji hadisələr müəyyən kateqoriyalara bölünür:

"Təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisələr var. Dünən ölkə ərazisində olan hadisə xüsusi təhlükəli hadisəyə aiddir”.(oxu.az)

Xəbər lenti