Xəzər Xəbər

Regionda yeni reallıq yaranıb VİDEO

Veb TV | 20:40 • 17 Yanvar 2019
Regionda yeni reallıq yaranıb

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində indi Azərbaycanın beynəlxalq mövqeləri daha güclüdür. Buna isə prezident İlham Əliyevin apardığı müstəqil və qətiyyətli xarici siyasət zəmin yaradıb. Məhz bu siyasət nəticəsidir ki, təklənən Ermənistan geri addım atmağa məcburudur.

İndi regionda beynəlxalq müstəvidə yeni reallıqlar yaranıb. Bunun əsas memarı isə prezident İlham Əliyevin uzaqgörən və müstəqil siyasətidir. Müxtəlif təziqlərə baxmyaraq Ermənistana qarşı təcrid siyasətini davam etdirən Azərbaycanın bu qətiyyəti regiondakı yeni situasiyanı şərtləndirən əsas amildir. Elə Ermənistanın düşdüyü vəziyyətin də əsas səbəbi məhz bütün iqtisadi layihələrdən kənarda qalmalarıdır.

Azərbaycan isə əksinə həyata keçirdiyi qlobal iqtisadi layihələrlə region ölkələri üçün eyni əməkdaşlıq formatları yaratdı və iştirakçı ölkələr bundan faydalanmaqla yanaşı həm də ikitərfli əlşqalərini möhkəmləndirdi. Xüsusi vurğulamaq lazımdır ki, bütün bunlar region ölkələrindən Rusiya və İrana qarşı qlobal güclərin sanksyalarının olduğu bir dövrdə baş verdi. Sirr deyil ki Azərbaycanın bu sanksiyalara qoşulması ilə bağlı heç də az təziq eidlməyib. Amma prezident İlham Əliyevi güclü siyasi iradəsi və qətiyyəti ilə bu təziqlşəri dəf etdi.

Nəticədə isə regionda yeni mənzərə yaranıb. İndi İran, Rusiya və digər dövlətlər Azərbaycanın Ermənistanla müqayisədə region üçün daha əhəmiyyətli bir ölkə olduğunun fərqindədirlər.

Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra dövlətin xarici siyasətindəki qeyrimüəyyənlik bu ölkəni regionda daha çətin vəziyyətə salır. Moskva və Tehran İrəvana münasibətdə ənənəvi siyasətini dəyişir. Rusiyada Kremilə yaxın dairələrin Ermənistana qarşı çıxışları, Ermənistana satılan qazın qiymətinin qalxması, habelə İranın Ermənistanla birgə nəzərdə tutduğu iqtisadiyyat və nəqliyyat layihələrindən imtina etməsi bunun bariz nümunəsidir.

Mövcud vəziyyətdə isə Ermənistanın işğalçılıq siyasətindən əlçəkməkdən başqa çıxış yolu qalmır.

 

Artıq real situasiya bundan ibarətdir ki, Ermənistan normal bir dövlət kimi mövcud olmaq istəyirsə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə razı olmalıdır. Əks halda bu ölkənin vəziyyəti daha da çətinləşəcək. Mümkün müharibə isə Ermənistana heç vaxt özünə gələ bilməyəcəyi ağır zərbə olacaq.

Xəbər lenti