Xəzər Xəbər

Türkiyədə yol qəzaları: 6 nəfər ölüb, 37-si yaralanıb

Dünya | 09:12 • 17 Yanvar 2019
Türkiyədə yol qəzaları:

Türkiyənin Amasya şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Xezerxeber.az xəbər verir ki, buzlu yolda sürüşərək idarəetməsi itən avtobus yol kənarındakı iki nəfəri əzərək öldürüb. Salondakı 35 sərnişin yaralanıb.


Konya şəhərinin Karapınar rayonunda isə minik avtomobilinin idarəetməni itirərək qarşıdakı yük maşınına çırpılması nəticəsində bir ailənin 4 üzvü ölüb, 2-si yaralanıb.

Xəbər lenti