Xəzər Xəbər

Qurumuş ağaclar təhlükə yaradır VİDEO

Veb TV | 19:56 • 16 Yanvar 2019
Qurumuş ağaclar təhlükə yaradır

Quruyan ağac yaşayış binasına gedən qaz borusunun üzərinə aşıb.

Bu ərazidə isə zəif külək əsən zaman ağacaq aşaraq avomobillərə ziyan vura bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabahdan etibarən ölkə ərazisində hava şəraitinin pisləşəcəyi və güclü küləyin olacağı ilə bağlı xəbərdarlığını nəzərə alaraq Bakının müxtəlif yerlərində qəzalı vəziyyətdə olan ağaclarla bağlı çəkiliş apardıq.Təqdim etdiyimiz görüntülər isə paytaxtın Nizami rayonu Naxçıvaniski 27 və Məmmədəli Şərifli küçəsi 78 ünvanında qeydə alınıb..Məsələn Naxçıvaniski küçəsi 27 ünvanında ağac quruduğundan qaz borusunun üzərinə aşıb.Bununla yanaşı yaşayış binasının giriş hissələrində də bir neçə qurumuş halda ağaclara rast gəldik.

Məmmədəli Şərifli küçəsi 78 ünvanında isə qurumuş ağaclar aşaraq bir-birilərinin üzərinə düşüb. Sakinlər isə bu ağacların altında avtomobillərini park ediblər. Sakinlərin sözlərinə görə problem tək bununla yekunlaşmır.

Məsələ ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma təsərrüfatı birliyinin bitkilərin mühafizəsi idarəsinin rəisi Orxan Məmmədov bildirdi ki,problemdən xəbərdardılar.

Qurum rəsmisi ümumilikdə güclü kiləklə bağlı həm vətəndaşlara həm də sürüclərə xəbərdarlıq edib.O,bildirib ki, Bakının torpağı münbit olmadığından sağlam ağacların da aşmaq ehtimalı var.Odur ki,bunun üçün bəzi nüanslara əməl etmək tövsiyyə olunur.

Qeyd edək ki,ötən il ərzində güləyin təssirindən paytaxt ərazisində 200-dən çox ağac aşıb.Bir neçə avtomobilə də ziyan dəyib.

Xəbər lenti