Xəzər Xəbər

Mario Balotellinin yeni klubu bəlli oldu

İdman | 17:56 • 16 Yanvar 2019
Mario Balotellinin yeni klubu bəlli oldu

"Nitsa"nın transferə çıxardığı Mario Balotelli karyerasını Fransada davam etdirəcək.

"Sky Italia" xəbər verir ki, İtaliya millisinin üzvü "Marsel"lə anlaşıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Balotelli bu müddət ərzində 2 milyon avro maaş alacaq.

Qeyd edək ki, "Nitsa"da baş məşqçi Patrik Vieyra ilə yola getməyən28 yaşlı hücumçu cari mövsüm cəmi 10 oyun keçirib.

Xəbər lenti