Xəzər Xəbər

"Tottenhem"də Keyn şoku

İdman | 16:57 • 16 Yanvar 2019
"Tottenhem"də Keyn şoku

İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Yunayted"lə oyunda zədələnən "Tottenhem"in hücumçusu Harri Keynin ilkin durumu açıqlanıb.

Topuğundan zədə alan 25 yaşlı forvard 4 aylıq sıradan çıxıb. Şiş çəkildikdən sonra ingilis hücumçu npvbəti dəfə tibbi müayinədən keçəcək. Bu zaman onun bərpa müddəti məlum olacaq.

Keyn Çempionlar Liqasının 1/8 final mərhələsində "Borussiya" (Dortmund) ilə ilk oyunu buraxmalı olacaq. Həmin qarşıılaşma fevralın 13-ü baş tutacaq.

Xəbər lenti