Xəzər Xəbər

Məşhur aktrisanın səhhəti necədir? - Xəstəxanadan açıqlama

Şou Biznes | 14:47 • 16 Yanvar 2019
Məşhur aktrisanın səhhəti necədir? - Xəstəxanadan açıqlama

Ayşen Gruda reanimasiya şöbəsində oksigen cihazı ilə müalicə alır.

Türkiyəli məşhur aktrisa Ayşen Grudanın səhhəti ilə bağlı açıqlama verilib.

Bir müddət əvvəl mədəsində yaranan problemlərdən dolayı xəstəxanaya yerləşdirilən aktrisadan xəbər var.

Xəstəxanadan verilən açıqlamada aktrisanın müalicəsinə reanimasiya şöbəsində oksigen cihazı ilə davam etdirildiyi deyilib.

Açıqlamada həm də "Yalan məlumatlara inanmayın. Ayşen Grudanın səhhəti ilə bağlı açıqlamanı xəstəxanamızdan ala bilərsiniz” bildirilib.

Qeyd edək ki, Ayşen Gruda 15 dekabrda mədə qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

AzNews.az

Xəbər lenti