Məşhur amerikalı müğənni Madonna İsraildə keçiriləcək "Eurovision 2019” mahnı müsabiqəsində dəvətli ulduz kimi çıxış edə bilər.
Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, müsabiqə nümayəndələri ilə müğənni arasında danışıqlara əsasən Madonna ilkin olaraq iştiraka razılıq verib. Lakin ulduz müğənninin qonorarı barədə məlumat verilmir.
Qeyd edək ki, "Eurovision-2019” mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.
Mahnı müsabiqəsinin şüarı "Dare to Dream” ("Arzularına sərbəstlik ver”) olacaq. İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu "Eurovision-2018” müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.