Xəzər Xəbər

Tokionun mərkəzində "avtomobil hücumu": 7 yaralı

Dünya | 10:24 • 16 Yanvar 2019
Tokionun mərkəzində "avtomobil hücumu":

Yaponiyanın paytaxtı Tokionun mərkəzində naməlum sürücü avtomobili səkiyə qaldıraraq kütlənin üstünə sürüb.

Trend xəbər verir ki, hadisə Sindzyuku dəmiryol stansiyasının yaxınlığında qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, insident nəticəsində ən azı 7 nəfər xəsarət alıb, bir neçəsinin vəziyyəti ağırdır.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Xəbər lenti