Xəzər Xəbər

Bacısının evdə yatdığını görüb... Qardaşdan RƏZİL HƏRƏKƏT

Hadisə | 18:22 • 15 Yanvar 2019
Bacısının evdə yatdığını görüb...

Ötən bazar günü Rusiyanın Çita şəhərinin Novaya Kuka kəndində 23 yaşlı qadının evi naməlum şəxslər tərəfindən qarət edilib.

XəzərXəbər xəbər verir ki, zərərçəkmiş əyalət polis idarəsinə müraciət edib. Evdən təxminən 7 min rubl dəyərində musiqi mərkəzi oğurlanıb. Polis tərəfindən aparılmış araşdırma nəticəsində mənzilin ehtiyat açarının itdiyi üzə çıxıb.

Musiqi mərkəzi evin yaxınlığındakı qazanxanalardan birində tapılıb. Qazanxana işçiləri maqnitofonun tanımadıqları bir şəxs tərəfindən onlara satıldığını bildiriblər.

Polis əlamətlərə uyğun olaraq, oğrunun şəxsiyyətini müəyyənləşdirib. Görülmüş tədbirlər nəticəsində oğru tapılıb. Oğrunun evi qarət olunmuş qadının 26 yaşlı qardaşı olduğu aşkar edilib.

Sən demə, bacısının mənzilinin ehtiyat açarını məhz çirkin niyyətini həyata keçirmək məqsədilə qardaşı götürübmüş.

İfadəsində bildirib ki, o, evə girəndə bacısı bərk yatıbmış. Saxlanılan şəxs əlavə edib ki, pula ehtiyacı olduğundan musiqi mərkəzini oğurlayaraq, dəyər-dəyməzinə satıb.

Faktla bağlı araşdırma davam edir. (Teleqraf.com)

Xəbər lenti