Xəzər Xəbər

Qan donduran qısqanclıq cinayəti Meşəyə aparıb güllələdi

Hadisə | 16:05 • 18 Dekabr 2018
Qan donduran qısqanclıq cinayəti

Ozan mənə qarşı hər zaman qısqanc olub".

Türkiyənin Bursa şəhərində sevgilisini qısqanan kişi cinayət törədib.

Ozan İrven sevgilisinin işlədiyi yerin yaxınlığında mağazası olan Sami Aydınla münasibətinin olduğundan şübhələnib. O, Sami Aydının mağazasına gedərək onunla söhbət etmək istədiyini deyib. Sami Aydın və Ozan İrven yaxınlıqdakı meşələrin birinə yollanıb. Aralarında düşən mübahisə zəmnində Ozan İrven Sami Aydını odlu silahla öldürüb.

Məhkəməyə gələn Ozan İrvenin sevgilisi Hava Ö. olay haqda bunları deyib: "Mən Sami Aydın adlı şəxsi tanımırdım. Bu söhbətlərdən sonra onun kim olduğunu bilmişəm. Ozan mənə qarşı hər zaman qısqanc olub, mən dəfələrlə şiddətə məruz qalmışam. Ondan uzaq olmaq üçün Bursadan köçdüm, amma məndən yenə də əl çəkmədi”.

Sami Aydının həyat yoldaşının vəkili Ozan İrven üçün ömürlük həbs cəzası tələb edib. Məhkəmə yanvar ayınadək ertələnib.

AzNews.az

Xəbər lenti