Xəzər Xəbər

İspaniya La Liqasının 16-ci turunun oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 09:04 • 17 Dekabr 2018
İspaniya La Liqasının 16-ci turunun oyunları keçirilib -

İspaniya La Liqasının 16-ci turunun oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, son çempion "Barselona" səfərdə "Levante" klubunun qonağı olub. Meydan sahiblərinin cari mövsüm yaxşı çıxışına baxmayaraq, oyunun favoriti sayılan "Barselona"ya beş cavabsız qolla məğlub olublar.


Kataloniyalıların heyətində əsas qol silahı sayılan Lionel Messi "het-trik"lə, eləcə də Luis Suares və Jerard Pike fərqləniblər. Bu argentinalı ulduzun cari mövsümdə vurduğu 14-cü qolu olub.


"Barselona"nın La Liqada əsas izləyicisi "Real Madrid" klubu doğma meydanda "Rayo Valyekano”nu sınağa çəkib. Madrid klubu doğma meydanda minimal hesabla üstün olub (1:0).


Paytaxtın digər təmsilçisi "Atletiko" isə səfərdə "Valyadolid" üzərində qələbəyə sevinib (2:3).


On altıncı turda aşağıdakı nəticələr qeydə alınıb:


"Selta" - "Leqanes" - 0:0


"Xetafe" - "Real Sosyedad" - 1:0


"Eybar" - "Valensiya" - 1:1


"Sevilya" - "Jirona" - 2:0


"Espanyol" - "Betis" - 1:3


"Hueska" - "Vilyarreal" - 2:2


Tura "Deportivo Alaves" - "Atletik Bilbao" oyunu ilə yekun vurulacaq.


Qeyd edək ki, 16 turdan sonra turnir cədvəlinə 34 xalla "Barselona" klubu başçılıq edir, aktivində 31 xal olan "Sevilya" və "Atletiko Madrid" ikinci və üçüncü yerləri bölüşürlər. "Real Madrid" isə 29 xalla dördüncü yerdə qərarlaşıb.

Xəbər lenti