Xəzər Xəbər

Xırdalanda AĞIR QƏZA: piyada qəfil yola çıxdı və... VİDEO

Veb TV | 19:47 • 15 Dekabr 2018
Xırdalanda AĞIR QƏZA: piyada qəfil yola çıxdı və...

Minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib.

Hadisə Abşeronun Xırdalan şəhərində qeydə alınıb. Sumqayıt sakini Nazim Şirinov idarə etdiyi minik avtomobili ilə yolu keçən Xırdalan sakini Elxan Çələbiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qazaxda isə 60 yaşlı kişi yük maşınının tökdüyü qumun altında qalaraq ölüb. Hadisə rayonun Xanlıqlar kəndi ərazisində aparılan tikinti işləri zamanı baş verib. İçərisi qumla dolu yük avtomobilinə istiqamət göstərən iş icraçısı Musa Nəbiyev beton plitənin çökməsi səbəbindən quyuya düşüb. Bu zaman yük maşını da aşaraq qumu onun üzərinə töküb.

Musa Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti